Ötən il qaçırılan İranlı sərhədçinin cəsədi tapılıb

İranın Təhlükəsizlik Nazirliyi 2014-cü ildə Sistan və Bəluçistan əyalətində “Ceyşül-ədl" terror qruplaşması tərəfindən qaçırılan və öldürüldüyü idda olunan Cəmşid  Danaifərin cəsədini tapdığını və İran daxilinə gətirdiyini elan edib. 
Maide.az İran KİV-lərinə istinadən məlumatına görə, İranın Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr üzrə Baş İdarəsi bu gün axşam yayımladığı bəyanatda bildirib ki,  çavuş Cəmşid Danaifərin əks-inqilabçı terror qruplaşmasının ünsürləri tərəfindən şəhid edilməsindən bir il sonrabu böyük şəhidin cəsədi tapılaraq, tanınıb və dünən İran daxilinə qaytarılıb. 
Bəyanatda bildirilir ki, İranın kəşfiyyat qüvvələrinin əməliyyatında çavuş Cəmşid Danayifərin şəhid edilməsində əli olmuş bir neçə nəfər də həbs olunub. 
Qeyd edək ki,  “Ceyşül-ədl” terror qruplaşması 5 İran sərhədçisini 2014-cü ilin fevral ayında ölkənin cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətinin Sərbaz şəhəri yaxınlığındakı Cəkiqur məntəqəsində oğurlamışdı. Hərbi qərargahları Pakistan ərazisində olan qruplaşmanın əlindən qaçırılmış beş sərhədçidən  dördü azad edildi, amma C.Danaifərin öldürüldüyü iddia edilsədə  onun ölümü haqqında tutarlı sənədlər olmayıb. /
 
 
 

 

Google+ WhatsApp ok.ru