Tələbənin faciəvi ölümü müzakirələr yaratdı - VİDEO

Velosiped qəzaları göstərir ki, velosipedçi avtomobil yolu ilə hərəkət edərkən bədbəxt hadisə baş verir

Bakıda velosiped sürənlərin çoxalması və bu nəqliyyat vasitələrinin uğradığı qəzalarda artım əlaqədar idarələri hərəkətə keçirib. ''Azəryolservis''in Bakının mərkəzi hissələrində velosiped yollarının salınmasına dair planları var. Çünki velosiped qəzaları göstərir ki, velosipedçi avtomobil yolu ilə hərəkət edərkən bu bədbəxt hadisə baş verib.
 
Velosiped sürmək istəyi fəciəvi ölümə səbəb olub. Hadisə bir neçə gün əvvəl Bakıda baş verib. Lənkəran Dövlət Unversitetinin 4-cü kurs tələbəsi İlqar Həmidzadə velosiped sürərkən maşınla toqquşub. Beyninə qan sızan İlqar Həmidzadə bir neçə gün komada qalsa da həkimlər onu xilas edə bilməyiblər.
 
Belə hadisə ilk dəfə deyil baş verir. Təhlükəsiz şəhər kameraları belə qəzalardan dəfələrlə lentə alıb. Paytaxt yollarında velosipedlərin çoxalması xüsusi zolaqların çəkilməsi gündəmə gətirir. Çünki ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi olan velosipedə təkcə uşaqlar üçün əyləncə vasitəsi kimi baxmaq doğru deyil.
 
Ekspertlər deyir ki, Bakı velosiped şəhərinə o halda çevrilə bilər ki, cəmiyyət özü onu dəbə gətirməkdə maraqlı olsun.Velosiped yollarda tıxac probleminin həllinə də yaraya bilər. ''Azəryolservis'' Açıq Səhimdar Cəmiyyətinin gələcəkdə velosiped yolları salınmasına dair planları var. Yeni yollarda velosiped zolağının eni 1 metr olacaq. Velosipedçilərin yolda hərəkəti barədə də məlumatlar yer alacaq. Avropa oyunlar zolağında olduğu kimi bura da avtomobillərin girişi qadağan ediləcək. Velosiped zolağı salındıqdan sonra onların təhlükəsiz hərəkəti yol polisləri tərəfindən tənzimlənəcək.

Google+ WhatsApp ok.ru