Təbii fəlakət: Myanmada 50, İtaliyada 3 nəfər həlak oldu

 Asiyada bir həftədir davam edən yağışlar nəticəsində ən çox zərər görən ölkə Myanmadır. Burada ölü sayı 50 nəfərə çatıb. Ölkənin 4 regionunda fövqəladə vəziyyət elan olunub. İtaliyada isə  torpaq sürüşməsi nəticəsində 3 nəfər həlak olub.
 
Musson yağışları nəticəsində Asiyanın cənub-şərqində yerləşən bir çox ölkə sel suları altında qalıb. Asiyanın 14 regionundan 13-nə zərər dəyib. Yağışlardan ən çox ziyan çəkən ölkə isə Myanmadır. Bir həftədir  davam edən yağışlar nəticəsində sel fəlakətində 50 nəfər ölüb. Ölü sayının artacağı istisna edilmir. Arakay Əyalətində 140 min insan bölgədən təxliyyə edilib.
 
Bu arada ölkənin Nobel mükafatlı müxalifət lideri Aung San Suu Kyu, fəlakət bölgəsində olub və seldən ziyan görən sakinlərlə görüşüb. Myanma hökuməti ölkənin dörd regionunda fövqəladə vəziyyət rejimi tətbiq edib. Ümumdünya ərzaq proqramı artıq təbii fəlakət ərazilərində yaşayan əhaliyə qida məhsulları göndərməyə başlayıb.
 
İtaliyada isə torpaq sürüşməsi 3 nəfərin həyatına son qoyub. Onlardan biri 14 yaşlı qızdır. Həlak olanların polşalı turistlər olduğu iddia edilsə də sonradan xəbər təkzib olunub. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.

Google+ WhatsApp ok.ru