Ötən 48 saat ərzində 456 fələstinli yaralanıb

Ötən 48 saat ərzində İordan çayının qərb sahilində və Qüdsdə sionist rejim hərbçiləri ilə fələstinlilər arasında baş vermiş qarşıdurmada 456 fələstinli yaranıb. Bunu Fələstin Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Ərab Füqəha deyib.   
Maide.az əl-Yəvm xəbər saytına istinadən məlumat verir ki, Ə.Füqəha deyib ki, yaralılar İordan çayının qərb sahilindəki xəstəxanalara yerləşdiriliblər. “Yaralılar əsasən güllə yarası, göz yaşardıcı qazdan zəhərlənmə və daha çox sinonistlər tərəfindən döyülməyə görə xəstəxanalara yerləşdiriliblər.”. 
Qeyd edək ki, Qüdsdə 19 yaşlı gənc fələstinlinin keçirdiyi əməliyyat nəticəsində 2 sionist əsgəriniin ölmündən sonra İordan çayının qərb sahilində və Qüdsdə sionist qəsəbə sakinləri və hərbiçilər fələstinlilərə qarşı hücumları gücləndiriblər. 
İşğalçı sionist qüvvələri fələstinlilərin əl-Əqsa məscidinə və Qüdsün qədim hissəsinə girişinin qarşısını alırlar.  /
 

Google+ WhatsApp ok.ru