Təəz vilayətində Yəmənlə Səudiyyə muzdurları arasında şiddətli toqquşmalar gedib

Maide.az xəbər verir ki, Ərəbistan rejiminə məxsus qırıcılar Səna şəhərinin Cəbəl Əttan rayonunu dəfələrlə bombardman ediblər. Eyni zamanda, dünən Yəmənin cənubundakı Təəz vilayətinin hava limanı yaxınlığında daş karxanasına edilən hava hücumu nəticəsində 3 nəfər dinc sakin həyatını itirib, daha 5 nəfər isə yaralanıb.
 
Səud rejiminə aid döyüş təyyarələri bazar ertəsi günü axşam son həftə ərzində ikinci dəfə Yəminin mərkəzindəkə Mareb vilayətinin Kufl rayonunun şimalında öz qüvvələrini bombalayıb, nəticədə onlarla muzdur öldürülüb və yaralanıb.
 
Yəmən ordusu və Xalq Komitələri isə Qərn Xəbbaş hərbi bazasını raket hücumları ilə hədəfə alıb.
Habelə, Yəmən ordusu və Xalq Komitələri qüvvələri Rəcla və Əl-Məsfəq hərbi bazalarındakı Koalisiya qüvvələrinin toplanış məntəqəsinə raket hücumları edərək, çoxlu sayda Səud əsgərlərini məhv edib./

Google+ WhatsApp ok.ru