Təbriz İslam dünyasının turizm şəhəri elan olunub

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhəri 2018-ci il üçün İslam ölkələrinin nümunəvi turizm şəhəri seçilib.
Maide.az-ın məlumatına görə, bu bardə İran mediası xəbər verib.
Məlumata görə, bu haqda qərar İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri turizm nazirlərinin Nigerin paytaxtı Nyamidə keçirilən 9-cu konfransında, ekspertlərin iclasında qəbul edilib.
2017-ci il üçün isə Səudiyyə Ərəbistanın Mədinə şəhəri İslam dünyasının nümunəvi turizm şəhəri elan olunub.

Google+ WhatsApp ok.ru