Ötən il təbii fəlakətlər 23 min insanın həyatına son qoyub 06 Yanvar 2016 02:00 Dünya Dünyanın ən böyük təkrar sığorta şirkətlərindən biri olan “Munich Re“ şirkətinin hesabatına əsasən, ötən il dünya üzrə təbii fəlakətlər (zəlzələ, daşqın, kəskin istilər və s.) nəticəsində 23 mindən çox insan həlak olub. Bu isə 2014-cü illə müqayisədə üç dəfə çoxdur. Ötən il ən çox insan həyatına son qoymuş təbii fəlakət aprel ayında Nepalda baş verib və 9 min insanın həyatına son qoyub. Bu ölkədə yarım milyon insanın evsiz-eşiksiz qalması ilə nəticələnən zəlzələnin vurduğu zərər 4,8 milyard ABŞ dolları həcmində olub. Sığorta şirkətinin hesablamalarına görə, ötən il təbii fəlakətlər dünya üzrə insanlara 90 milyard ABŞ dolları həcmində zərər vurub (2014-cü ildə isə 110 milyard dollar). Dəymiş zərərin təxminən üçdəbir hissəsi (27 milyard ABŞ dolları) sığortlanmış əmlak olub. Hesabatda göstərilir ki, 2014-cü illə müqayisədə ötən il maliyyə baxımından sığorta şirkətləri üçün nisbətən sakit keçib, lakin ölüm hallarının sayı yüksək olub. Teqlər : #Ötən il təbii fəlakətlər 23 min insanın həyatına son qoyub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Türkiyə Hava Yolları` 82 reysi təxirə salıb BMT TŞ Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi ilə bağlı fövqəladə iclas çağırıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO