Ötən il Azərbaycanda 912 nəfər qidadan zəhərlənib, 3 nəfər ölüb

2015-ci ildə Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, 2015-ci ildə ölkədə 659 qida zəhərlənməsi baş verib.
 
Bildirilib ki, qida zəhərlənməsi nəticəsində 912 nəfər zərər çəkib.
 
Qeyd olunub ki, 2015-ci ildə Azərbaycanda 28 botulizm hadisəsi qeydə alınıb: “Nəticədə 49 nəfər zərər çəkib, onlardan il ərzində 3 nəfər ölüb. Hadisələr İsmayılı, Binəqədi və Nərimanov rayonlarında qeydə alınıb. Ölüm halların hər 3-ü ev şəraitində hazırlanan turşudan baş verib”.

Google+ WhatsApp ok.ru