Təhsil Nazirliyi: İtkin düşən uşaqların dərsə davamiyyəti yaxşı olub

"Fevralın 17-də Bakının Nizami rayonu ərazisində yerləşən 32 saylı məktəbin IV sinif şagirdləri Şamil Babayev və İsmayıl Şəfiyev dərsdən çıxıb və evlərinə yola salınıb". Bu barədə itkin düşmüş şagirdlərlə bağlı "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Sorğunun cavabında o da qeyd olunub ki, hər iki şagirdin dərsə davamiyyəti və qiymətləri yaxşı olub.
Qeyd edək ki, hazırda uşaqların tapılması ilə Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi məşğul olur. 

Google+ WhatsApp ok.ru