Ötən il tullantılar arasından tapılan 90 kq-dan artıq xırda pul Mərkəzi Banka təhvil verilib

 2015-ci ildə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təhvil verilən tullantıların həcminə müvafiq olaraq 80 min 889,64 ton tullantı qəbul edilib, ondan 44 min 804,14 ton orqanik (yararsız) tullantı ayrılaraq yerləşdirilməsi üçün Balaxanı poliqonuna göndərilib, qalan 36 min 85,50 ton tullantının çeşidlənməsi nəticəsində 6 min 754,34 ton xammal ayrılıb və təkrar emala yönəldilib.
 
"APA-Economics" xəbər verir ki, hesabat dövründə çeşidləmə zamanı tapılmış müxtəlif sənədlər (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet və s.) toplanılaraq Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna, müxtəlif nominalda tapılmış 90 kq-dan artıq xırda pullar isə Azərbaycan Mərkəzi Bankına təhvil verilib.
 
Zavodda istifadə olunan bütün nəzarət-ölçü cihazları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mərkəzi laboratoriyasında yoxlanılaraq sertifikatlaşdırılıb.

Google+ WhatsApp ok.ru