Ötən il 103 nəfər Azərbaycan vətəndaşlığından çıxarılıb

Ötən il 422 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 7 nəfərin isə vətəndaşlığı bərpa olunub.
Bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatında bildirilib.
 
Eyni amanda 2015-ci ildə aparılan araşdırmalar nəticəsində 103 nəfərin Azərbaycan vətəndaşlığına xitam verilib, onlar vətəndaşlıqdan xaric edilib.
 
Qeyd edək ki, hesabat martın 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq. 

Google+ WhatsApp ok.ru