Ötən ilin iyul ayında Hindistanda tutulan iranlı dənizçilər sərbəst buraxılıb

Hindistanda həbsdə olan 11 iranlı dənizçi sərbəst buraxılıb. 
 
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Heydərabaddakı Baş Konsulluğu bildirib.
 
Məlumata görə, dənizçilər bu gün yerli vaxtla saat 10-da Kuçin həbsxanasından azad olunublar. Onlar bu gün Tehrana uçacaqlar.
 
Balıqçı gəmisində həbs olunan dənizçilərin 10 nəfəri məhkəmənin qərarı ilə azad olunub. gəmi kapitanı isə cərimə ödəyərək sərbəst buraxılıb.
 
Balıqçı gəmisi ötən ilin iyul ayında Hindistanın cənubunda saxlanılmış, ekipaj isə həbs edilmişdi.
 
Hazırda saxlanılan gəmiyə qoyulmuş həbsin qaldırılması istiqamətində işlər gedir.  
 
Gəmidə texniki nasazlığın olduğu da bildirilir. /

Google+ WhatsApp ok.ru