Təmirdən sonra istifadəyə verilən məscid yenidən təmirə bağlandı

Uzun fasilədən sonra aprelin 19-da istifadəyə verilən Şəhidlər Xiyabanının yaxınlığında yerləşən Şəhidlər məscidinin fəaliyyəti yenidən dayandırılıb.
 
Maide.Az xəbər verir ki, bu barədə məscidə baş çəkən anspress-in əməkdaşı məlumat verib. Bildirilir ki, məscidə girişin qadağan edilməsinin səbəbi məscid daxilində təmir işlərinin aparılmasıdır.
 
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) "Şəhidlər" məscidinin təmirdən sonra istifadəyə verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
 
QMİ-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsciddə təmir işləri davam edir, ibadət evi hələlik kütləvi tədbirlər, kütləvi ibadət üçün açıq deyil.
 
"Məscidə axund və imam da bu səbəbdən hələlik təyin olunmayıb. Təmir işləri başa çatıb, məscid kütləvi ibadətə açılandan sonra axund və imam təyinatı da olacaq. Bununla belə, Şəhidlər Xiyabanına gələnlər fərdi şəkildə məscidə gedə və ibadət edə bilər", - deyə mətbuat xidmətindən bildirilib. (anspress)
 

Google+ WhatsApp ok.ru