Təbrizdə Azərbaycan məscidlərinin fotolarından ibarət sərgi açılacaq

Ölkəmizdə səfərdə olan İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkman may ayının 22-də  Təbrizdə Azərbaycan məscidlərinin foto sərgisinin keçiriləcəyini bildirib.
 
Maide.Az xəbər ver ki, A.İ.Türkman  deyib ki, İran Azərbaycanla mədəni əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Hazırda Azərbaycanda İran kino günləri keçirilir. Mayın 22-də isə Təbrizdə Azərbaycan məscidlərinin fotolarından ibarət sərgi açılacaq.
 
Müsəlman dünyasında nifaq salmağa çalışanların olduğunu vurğulayan qonaq belə dövrdə İranla Azərbaycan arasında münasibətlərin inkişafının önəmli olduğunu bildirib.
 

Google+ WhatsApp ok.ru