Ötən il istehsalat qəzalarında 50 nəfər ölüb

Ötən il istehsalat qəzalarında 50 nəfər ölüb

Ötən il Azərbaycanda istehsalat qəzalarında 5 nəfər qadın ölüb.
 
Bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib.
 
Məlumata görə, ötən il ərzində istehsalat qəzalarında 50 nəfər ölüb ki, onlardan 5-i qadın olub.
 
2015-ci ildə qadınlar daha çox emal sənayesində çalışıblar.
 
Ötən il emal sənayesində çalışan 9 kişi, 3 qadın dünyasını dəyişib. Tikinti sahəsində çalışanlardan isə 13 kişi, bir qadın dünyasını dəyişib. Daha bir qadın isə nəqliyyat və anbar təsəsrrüfatı sahəsində çalışanlardan olub. Qeyd olunan sahədə çalışanlardan 6 kişi ölüb.  (marja)
 

Google+ WhatsApp ok.ru