Təyyarələrdəki gizli bölmə nə işə yarayır? - VİDEO

Təyyarələrdəki gizli bölmə nə işə yarayır? - VİDEO

Təyyarənin ekipajının bütün səyahət ərzində ayaqda olduğunu və sərnişinlərə xidmət etdiyini düşünürük. Ancaq işin həqiqəti fərqlidir.
 
Maide.Az xəbər verir ki, uzun yola çıxan bəzi təyyarə modellərində biznes klass hissəsinin üstündə, təyyarə ekipajının yatması üçün gizli otaqlar yerləşir. Gizli bölməyə idarə panelin dərhal arxasında olan qapının arxasındakı pilləkənləri çıxaraq getmək mümkündür.
 
Təyyarənin böyüklüyünə görə bu otaq ən çox 8 nəfərin dincəlməsinə imkan verir.
 
Boinq 747 model təyyarələrdə yataqlar mövcuddur. Airbus A380 modelində isə pilotun da dincələcə biləcəyi yataq var.
 
VİDEO-nu təqdim edirik: 
 
 

Google+ WhatsApp ok.ru