Təbrizdə zəlzələ baş verib

Təbrizdə zəlzələ baş verib

İranın  Şərqi Azərbaycan əyalətində zəlzələ baş verib.
 
Maide.Az  xəbər verir ki, zəlzələ əyalətin mərkəzi Təbriz şəhərində 4 bal gücündə qeydə alınıb. 
Məlumata görə, zəlzələ yerli vaxtla bu gün səhər 07:05 radələrində baş verib. Zəlzələ əhali arasında təşvişə səbəb olub. Təşviş içində olan insanlar küçələrəçıxıblar
 
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. (tasnimnews)
 
 

Google+ WhatsApp ok.ru