Ötən ay Azərbaycandan 2069 əcnəbi çıxarılıb

Ötən ay Azərbaycandan 2069 əcnəbi çıxarılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 2016-cı ilin oktyabr ayı ərzində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
 
 
DMX-dən APA-ya verilən məlumata görə, ay ərzində 2299 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 18-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 212 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1576 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 493 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
 
Ümumiyyətlə, ay  ərzində xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 10807 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
 
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 45874 əcnəbinin müraciəti qeydə alınıb.
 
DMX tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində 6 maarifləndirmə tədbiri keçirilib.
 

Google+ WhatsApp ok.ru