`Təkcə sərhəddə axan çay bilir ki, onun sularının qoynunda nə qədər rohingiyalı batıb`(VİDEO)

`Təkcə sərhəddə axan çay bilir ki, onun sularının qoynunda nə qədər rohingiyalı batıb`(VİDEO)

Dünya mətbuatı rohingiyalı müsəlman 16 aylıq uşağın cansız bədəninin fotolarını yayımlayıb ki, bu körpə  üzü üstə çayın kənarındakı palçığa batıb. 
 
Maide.Az xəbər verir ki, bu ürəkağrıdan foto ötən il dənizin soyuq dalğalarının Türkiyə sahilinə çıxardığı 3 yaşlı Aylan Kurdinin cənazəsinin fotosunu xatırladır. A.Kurdinin həmin dövrdə yayımlandığı fotosu dünya xalqlarını və rəsmilərinin ürəyini ağrıtmış və müxtəlif reaksiyalara səbəb olmuşdur. 
 
CNN xəbər kanalının məlumatına görə, yayımlanan foto, Myanmar hökumət qüvvələrinin zülmündən qaçan və Banqladeşlə sərhəddəki çayda boğulan 16 aylıq Məhəmməd adlı rohingiyalı müsəlmanın fotosudur. Məhəmməd, 3 yaşlı qardaşı, anası və dayısı Banqladeşə keçərkən boğularaq həlak olub. Onun ölümünü əks etdirən görüntülər bizə Alan Kürdini ölümünü xatırlatdı. Amma nədənsə dünya Myanma müsəlmanlarının acınacaqlı vəziyyətinə susur.
 
Məhəmməd adlı 16 aylıq uşağın atası CNN kanalına müsahibəsində deyib ki, bu fotonu görəndə özümə ölüm arzulayıram. “Myanmar ordusunun vertolyotları və əsgərləri bizə hücum etdi. Evimizdə qala bilmirdik və meşəyə pənah apardıq. Babam və nənəm hər ikisi diri-diri yandırıldı. Ordu qüvvələri bizim kəndin evlərinin hamısını yandırdı. Mən 6 gün yol getdim. Ordu müsəlmanları tutmağa çalışırdı, biz davamlı olaraq yerimizi dəyişirdik. Yolda ailəmdən ayrı düşdüm və onları itirdim. Ailəm qayıqla çaydan Banqladeşə keçərkən Myanmar polisi onların qayığına atəş açıb və qayıq batıb".
 
Bu ailənin başına gələnlər Rohingiya müsəlmanlarının başına gətirilən ürəkağrıdıcı hadisələri xatırladır. BMT-nin məlumatına görə, son aylarda Myanmar sərhəddindən Banqladeşə 34 min rohingiyalı köçüb.  
 
Məhəmmədin atası deyir ki, təkcə sərhəddə axan çay bilir ki, onun sularının qoynunda nə qədər rohingiyalı batıb.
 
Bir neçə gün öncə  23 sülh mükafatçısı BMT-yə açıq məktub yazaraq Rohingiya müsəlmanlarının başına gətirilən faciələrə son qoymağa çağırıb. Məktubda Myanmarda insan faciəsi və "etnik təmizləmə"nin baş verməsi ilə bağlı xəbərdarlıq olunub. 
 
Amnesty International bazar ertəsi  hesabat açıqlayıb və elan edib ki,  Myanmar polisi və əsgərləri  Rohingiyanın dinc müsəlman sakinlərinə atəş açıb onları öldürüb, qadın və qızalra təcavüz edib,  evlərini yandırıb.  
 
Amnesty International elan edib ki, Rohnigya müsəlmanları həbs olunur və onların məhkəməsi keçirilmir və taleyi haqqında məlumat verilmir.  
 

 

Google+ WhatsApp ok.ru