Ötən il təcili yardıma edilən müraciətlərin sayı 36 min artıb

Ötən il təcili yardıma edilən müraciətlərin sayı 36 min artıb

Uşaqlar arasında hərarət və qıc olmalara görə müraciətlər çoxluq təşkil edib
 
"Ötən il Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 681 mindən artıq müraciət daxil olub. 2015-ci illə müqayisədə ötən il müraciətlərin sayı 36 min artıb".
 
“Report”un məlumatına görə, bunu stansiyanın baş həkiminin müavini İradə Əliyeva qurumun illik hesabatına həsr olunan mətbuat konfransında deyib.
 
O bildirib ki, ötən il müraciət edənlərin 63 mindən çoxu xəstəxanalara yerləşdirilib: "Uşaqlar üçün edilən çağırışların sayı 83 mindən çoxdur. Onlardan da xəstəxanalara yerləşdirilənlərin sayı 13 mindən artıq olub. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı isə 2000 nəfərdən çoxdur".
 
İ.Əliyeva qeyd edib ki, ötən il avtoqəza zamanı xəsarət alanların sayı 2 420 nəfər təşkil edib: "2016-cı ildə avtoqəza nəticəsində xəsarət alanların sayı 2015-ci illə müqayisədə 500 nəfər azalıb. Eyni zamanda, təcili tibbi yardıma ehtiyacı olan 180 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib".
 
O əlavə edib ki, stansiyaya müraciətlər daha çox qəfil yaranan xəstəliklər, əsas da ürək qan-damar xəstəliyi ilə bağlı olub: "Uşaqlar arasında isə hərarət və qıc
olmalara görə müraciətlər çoxluq təşkil edir". /

Google+ WhatsApp ok.ru