Ötən il Azərbaycanda xərçəngə tutulanların sayı AÇIQLANDI

Ötən il Azərbaycanda xərçəngə tutulanların sayı AÇIQLANDI

“Ötən il Azərbaycanda 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunub. Onlardan 327 nəfərdə kəskin leykoz müəyyən edilib”.
 
Bunu Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov deyib.
 
Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Transfuziologiya və Hematologiya İnstitutuna müraciət edən vətəndaşların sayı 12 628 nəfər olub. İlkin müraciətlərin sayı 4 519 nəfər (2015-ci ildə 4 306) təşkil edib.
 
“Hazırda müəssisədə 27 523 xəstə (2015-ci ildə 23 962) dispanser qeydiyyatdadır. Həmçinin ötən il nikahqabağı müayinədən 143 694 nəfər keçib. Onlardan 4649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 42 olub”. (Modern.az)
 

Google+ WhatsApp ok.ru