Ötən il son 25 il ərzində rekord sayda aviasiya hadisəsi baş verib

Ötən il son 25 il ərzində rekord sayda aviasiya hadisəsi baş verib

Ümumilikdə 148 nəfər həyatını itirib
 
Ötən il son 25 il ərzində rekord sayda aviasiya hadisəsi baş verib.
 
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Aviasiya Komitəsinin (BAK) illik hesabatında bildirilir.
 
Hesabata görə, 2016-cı ildə BAK-a üzv ölkələrin mülki aviasiya sahəsində 63 hadisə, o cümlədən 28 aviaqəza baş verib ki, bunun da nəticəsində 74 nəfər həlak olub.
 
Kommersiya aviasiyasında 28 aviasiya hadisəsi qeydə alınıb. Onlardan 11-i qəza ilə nəticələnib, 44 nəfər ölüb. Ümumi təyinatlı aviasiya sahəsində 17-si qəza olmaqla 35 hadisə baş verib ki, onların da nəticəsində 30 nəfər həyatını itirib.
 
Hazırda BAK-ın 11 üzvü var: Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna. /

Google+ WhatsApp ok.ru