Ötən bir həftə ərzində Bəhreyndə 23 nəfər həbs olunub, onlardan 6-sı azyaşlı uşaqdır

Ötən bir həftə ərzində Bəhreyndə 23 nəfər həbs olunub, onlardan 6-sı azyaşlı uşaqdır

Bəhreyn təhlükəsizlik qüvvələri ötən bir həftə ərzində Bəhreynin müxtəlif bölgələrində 12 etiraz aksiyasına qarşı güc tətbiq edərək dağıdıb.  
 
Maide.Az xəbər verir ki, Bəhreyn İnsan Hüquqları Mərkəzi elan edib ki, mart ayının 20-26-da rejim qüvvələri tərəfindən 23 nəfər saxlanılıb ki, onlardan 6-sı azyaşlı uşaqlardır. 
 
Məlumata görə, həmin müddət ərzində Bəhreynin 32 qəsəbəsində 68 mitinq təşkil olunub. 
 
Rejim qüvvələri gözyaşardıcı qaz, rezin və saçma (qırma) güllələrdən istifadə edərək 12 etiraz aksiyasında iştirakçılara qarşı güc tətbiq edilib. Rejim tərəfindən atılan saçma (qırma) güllələr nəticəsində 8 nəfər xəsarət alıb. 
 
Bəhreyn İnsan Hüquqları Mərkəzi həmçinin elan edib ki, Bəhreyn rejim məhkəməsi 21 nəfər haqqında həbs qərarı qəbul edib. 3 nəfər siyasi fəal edama məhkum olunub və 4 nəfər isə ömürlük azadlıqdan məhrum edilib. /

Google+ WhatsApp ok.ru