Ötən altı ildə Suriyanın təhsil, səhiyyə və turizminə dəymiş ziyan  - FOTO

Ötən altı ildə Suriyanın təhsil, səhiyyə və turizminə dəymiş ziyan - FOTO

Suriyada başlayan müharibədən artıq altı il keçir. Bu müddət ərzində heç kəs və heç bir şey terrorçulardan amanda qalmayıb. Dağıntılar və xarabalıqlar ölkənin hər bir yerində müşahidə olunur. Təkfirçi terrorçuların  bu ölkədə müdafiəsiz insanlara qarşı amansız hücumları insan tələfatı ilə yanaşı, həm də ölkəyə çoxlu ziyan vurub. 
 
Maide.Az Suriyaya qarşı aparılan bu müharibənin altıcı ildönümünün başa çatması münasibəti ilə bu ölkədə terrorçuların törətdiyi cinayətlərin statistikasını təqdim edir. 
 
Səhiyyə 
Ötən altı il ərzində Suriyanın səhiyyə xidmətləri sahəsinə dəymiş ziyanın miqdarı 12 milyard Suriya lirəsidir. Suriyada müharibədən öncə 56 min həkim fəaliyyət göstərib ki, hazırda onların 70 faizi dinc bölgələrə köç etmək məcburiyyətində qalıb. Çünki yaşadıqları ərazilərə terrorçuların hücumetmə təhlükəsi olub. Terrorçuların hücumu nəticəsində 700-dən çox həkim həyatını itirib.  450-dən çox  təcili tibbi yardım avtomobili terrorçuların hücumları zamanı məhv olub. 
 
 
Suriyada böhrandan öncə 500 xəstəxana – 131 dövlət və 396 özəl xəstəxana -  fəaliyyət göstərib. Ölkənin 1750-dən çox səhiyyə ocağı fəaliyyət göstərib. Amma ötən bu altı il ərzində terrorçu qruplar 38 xəstəxananı tamamilə dağıdıb. 20 xəstəxanaya ziyan dəyib. Tibb avadanlıq oğurlanıb. Eləcə də 450 tibb mərkəzi  dağıdılıb, 200 tibb mərkəzi isə terrorçuların hücumu təhlükəsinə görə fəaliyyətini dayandırıb. 
 
Suriyada qaçqınlar 
Terrorçular və muzdluların hökumət əleyhinə apardığı müharibə nəticəsində milyonlarla insan ev-eşiyindən olub. Suriyada digər ölkələrə qaçqın düşən insanların sayı 5 milyon nəfərə çatıb. Suriyanın daxilində də terrorçuların əlindən qaçaraq hökumətin nəzarət elədiyi dinc bölgələrə gələn insanların sayı isə 6 milyon nəfərə çatır. 
 
 
2011-2016-cı illər ərzində 2 milyon 500 min mənzil dağıdılıb. 
 
 
Təhsil 
Ötən 6 il ərzində Suriyanın təhsil sisteminə təqribən 250 milyard lirə ziyan dəyib. Bu müddət ərzində 480 suriyalı müəllim, 700 məktəbli terrorçuların hücumları nəticəsində həyatını itirib. 
 
 
Terrorçuların dağıdıcı hərəkətləri nəticəsində 420 məktəb dağıdılıb, 2500 məktəbə ziyan dəyib. 
 
 
Kənd təsərrüfatı 
Ötən altı il ərzində Suriyanın kənd təsərrüfatına və infrastruktura bir başa 944 milyard lirə ziyan dəyib. İşçi qüvvə ölkəni tərk edib, texnika bahalaşıb, əkin sahələri məhv edilib, istehsal və ixracat problemlə üzləşib. 
 
 
Enerji və işıq 
Suriyanın elektrik enerjisi istehsalı sisteminə indiyədək 8500 milyard lirə ziyan dəyib. Bu müddət ərzində ölkədə mövcud olan 54 elektrik stansiyasından 34 elektrik stansiyası dağıdılıb. Suriyanın elektrik enerji istehsal həcmi 2011-ci ildə 20 min meqavat idi, indi isə bu rəqəm 9 min meqavata çatıb.
 
 
Terrorçuların hücumu nəticəsində elektrik stansiyalarında çalışan 350 işçi həyatını itirib. Həmçinin terrorçular Suriyanın elektrik istehsalı idarəsinin 50  işçisini oğurlayıb. 
 
 
Turizm 
Ötən altı ildə Suriyanın turizm sahəsinə 387 milyard lirə ziyan dəyib. Bu müddət ərzində 1200 turizm bölgəsi terrorçular tərəfindən dağıdılıb.
 
 
 
371 hotel fəaliyyətini dayandırıb. Turistlərin sayı 96 faiz azalıb. Hotel, nəqliyyat, restoran xidmətləri, ümumilikdə turizm sahəsinə aid xidmətlər bölümündə çalışan insanlardan 250 min nəfəri işini itirib. (tasnimnews) /
 
 

Google+ WhatsApp ok.ru