Ötən 5 gün ərzində 34 mindən çox zəvvar İmam Rzanın (ə) hərəmini ziyarət edib

Ötən 5 gün ərzində 34 mindən çox zəvvar İmam Rzanın (ə) hərəmini ziyarət edib

Kəramət ongünlüyü münasibətilə ötən 5 gün ərzində İranın hər yerindən və ölkə xaricindən 34 min 300 nəfər zəvvar Məşhəd şəhərindəki İmam Rzanın (ə) hərəmini ziyarət edib. 
 
Maide.Az xəbər verir ki, “Ya Muinəz-Züəfa” layihə çərçivəsində həyata keçirilən bu ziyarət proqramları çərçivəsində şəhid ailələri, yetim və yoxsul ailələr, şagirdlər, əlillər, idmançılar, hərbiçilər, əlillərin özləri və ailələri İmam Rzanın (ə) hərəmini ziyarət edir.  
 
Zəvvarlar üçün  müxtəlif mədəni proqramlar həyata keçirilir.  . 
 
Qeyd edək ki, Kəramət ongünlüyü həzrət İmam Rzanın (ə) əziz bacısı xanım Fatimeyi Məsumənin (s.ə) mövlud günündən - 25 iyuldan İmam Rzanın (ə) mövlud gününə - 4 avqusta kimi davam edir. "Kəramət ongünlüyü" Əhli beyt (ə) dostlarının şənlik günləri sayılır. Bu mübarək günlər münasibətilə Xanım Məsumənin (s.ə) və İmam Rzanın (ə) hərəmi özünəməxsus bəzədilir. Məşhəddə mübarək mövlud ərəfəsində hərəmin bütün meydanları, fəvvarələri, sütunlu dəhlizləri güllərlə bəzədilib. /

Google+ WhatsApp ok.ru