Ötən ay 8 nəfər dərmandan zəhərlənib

Ötən ay 8 nəfər dərmandan zəhərlənib

Ötən ay sirkə turşusundan zəhərlənmə ilə bağlı 4 nəfər Klinik Tibbi Mərkəzə müraciət edib. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya bildirib ki, müraciət edənlərin hamısı xəstəxanaya yerləşdirilib.
 
A.Masudov qeyd edib ki, onların arasında ölüm halı olmayıb: "İyul ayında 8 nəfər dərmanların allergik təsirindən zəhərlənib. Onlar da xəstəxanada lazımi müayinə və müalicə olunub". /

Google+ WhatsApp ok.ru