Tələbə adı qazanmış şəxslərin ali məktəblərdə qeydiyyatı başlayıb

Tələbə adı qazanmış şəxslərin ali məktəblərdə qeydiyyatı başlayıb

Bu gündən 2017/2018-ci tədris ili üçün abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ) başlayıb.
 
Tələbə adı qazanmış şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
 
Qeyd edək ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. (apa) /

Google+ WhatsApp ok.ru