Ötən il Azərbaycanda 250 mindən çox cərrahiyyə əməliyyatının 419-u ölümlə nəticələnib

Ötən il Azərbaycanda 250 mindən çox cərrahiyyə əməliyyatının 419-u ölümlə nəticələnib

Ötən il Azərbaycanda 250 616 nəfər üzərində cərrahiyyə əməliyyatı icra olunub.
 
Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov bildirib ki, onların arasında ölüm halı 419 nəfərdə (0,1%) qeydə alınıb. Onun sözlərinə görə, bu göstəricilər dünya ölkələri ilə müqayisə olunsa, ilk növbədə MDB ölkələr arasında ən yaxşı göstəricilərdən biri sayıla bilər.
 
Baş cərrah qeyd edib ki, bəzi hallarda ölüm faizi şişirdilir: “Amma cərrahiyyə əməliyyatları zamanı qeydə alınan ölüm faizi həm bizim ölkədə, həm MDB və hətta inkişaf etmiş ABŞ-da eyni səviyyədədir. Son 10 ildə Azərbaycan səhiyyəsi və cərrahiyyəsi sürətlə inkişaf edib. Əgər 1990-2000-ci ildə təkcə Mərkəzi Klinik Xəstəxana və Respublika Müalicəvi Diaqnostika Mərkəzində kompüter tomoqrafiya müayinəsi həyata keçirilirdisə, bu gün Bakı ilə yanaşı bütün regionlarda tibb müəssisələri müasir texniki vəsaitlərlə təmin olunub. Son illər ərzində 600-dən çox yeni tibb müəssisə yenidən qurulub, əsaslı təmir olunub. Bu gün ölkədə fəaliyyət göstərən 3445 cərrah müasir texnologiyalar vasitəsilə 10 milyonluq əhaliyə tam xidmət göstərir. Elə bir cərrahiyyə əməliyyatı mövcud deyil ki, Azərbaycanda icra olunmasın”. (apa) /

Google+ WhatsApp ok.ru