`Ötən həftə 5.60 qəpik olan günəbaxan yağı indi 7.40 qəpiyə satılır`

`Ötən həftə 5.60 qəpik olan günəbaxan yağı indi 7.40 qəpiyə satılır`

«Novoye Vremya» qəzetində «Bizi yenə bahalaşma gözləyir» sərlövhəli yazı oxumaq olar.
 
Yazıda indi ortagəlirli ölkə vətəndaşının ərzaq almağa getməsi «stressə dayanıqlı imtahan» adlandırılır. Müəllif vurğulayır ki, hər gün yeni qiymətlərlə qarşılaşmaq mümkündür:
 
«Bütün ərzaq məhsullarının sürətlə bahalaşması müşahidə edilir. Əvvəllər bazarda bəzi satış yerlərində növbə olardı, indi isə yaxın gedən yoxdur. Bazarlar boşdur...».
 
Yazıda bildirilir ki, cəmi bir həftə əvvəl 5.60 qəpik olan günəbaxan yağı indi 7.40 qəpiyə satılır.
 
Müəllif vurğulayır ki, yumurta və süd məhsullarının qiymətində də artım müşahidə edilir:
 
«İri və xırdabuynuzlu mal-qaranın otladığı örüşlərə indi texniki bitkilər əkiblər. İndi ölkənin bəzi regionlarında sadəcə otlaq yerləri qalmayıb. Bu hadisələr fonunda mal-qara üçün yem də bahalaşıb. Təbii ki, yaxın vaxtlarda ən azı daha 15 faiz qiymət artımı gözlənir».
 
Müəllif ehtimal edir ki, hələ bu bahalaşma son deyil. Yazıda vurğulanır ki, qarşıda ənənəvi Yeni il bahalaşması gəlir.
 
Müəllif ehtimal edir ki, ətin qiyməti tədricən 20 manata doğru yaxınlaşa bilər.
 
Yazıda baş verənlərin səbəblərindən biri kimi, daxili istehsalın tədricən azalması göstərilir:
 
«Valyuta bahalaşırsa, istehsal olunan məhsulun maya dəyəri də artır. Bütün bunlar idxal malları ilə yanaşı, xaricdən gətirilən materiallardan istifadə edilməklə istehsal olunan yerli malların da maya dəyərini əhəmiyyətli dərəcədə artırır».
 
Müəllif hesab edir ki, burada çıxış yolu istehsalı artırmaqdır. Yazıda vurğulanır ki, amma cərimə və qiymətləri artırmaq kimi asan yola üstünlük verilir.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru