Tərtərdəki zəlzələdə bir nəfər yaralandı 16 Noyabr 2017 02:00 Hadisə -- Məmmədov Şahid İbrahim oğlu dağılan evin altında qalıb Respublika ərazisində baş verən güclü zəlzələ nəticəsində ilk xəsarət faktı qeydə alınıb. Maide.Az “Report”-a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində Tərtərin Qaziyan kəndində 1 nəfər yaralanıb. 1975-ci il təvəllüdlü kənd sakini Məmmədov Şahid İbrahim oğlu dağılan evin altında qalıb. Nəticədə evin dəmir konstruksiyası onun bel nahiyəsinə düşüb. Nəticədə Ş.Məmmədov ağır xəsarət alaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Teqlər : #Tərtərdəki zəlzələdə bir nəfər yaralandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Seysmoloji Xidmət Mərkəzi: Ağdamdakı 6 ballıq zəlzələnin avtoşokları hələ davam edir Küçə itləri 81 yaşlı Samux sakininə hücüm edib, qadının vəziyyəti ağırdır