Təl-Əvivin cənubunda  baş vermiş partlayış zamanı 4 nəfər ölüb

Təl-Əvivin cənubunda baş vermiş partlayış zamanı 4 nəfər ölüb

-- Hadisə zamanı daha 6 nəfərin xəsarət aldığı bildirilir

Fələstinin işğal olunmuş ərazisində Yaffa şəhərində (Təl-Əvivin cənubunda) baş vermiş partlayış zamanı 4 nəfər ölüb.
 
Maide.Az xəbər verir ki, bu barədə yerli "Haaretz" nəşri məlumat yayıb.
 
Hadisə zamanı daha 6 nəfərin xəsarət aldığı bildirilir. Onlardan birinin vəziyyəti ağırdır.
 
Polisdən bildirilib ki, hadisə hər hansı cinayət işi ilə bağlı deyil. Hüquq-mühafizə orqanları təhqiqatın ilkin mərhələsinə başlayıblar.
 
 

Google+ WhatsApp ok.ru