Ötən ay sionist rejim qüvvələri tərəfindən 450 fələstinli saxlanılıb

Ötən ay sionist rejim qüvvələri tərəfindən 450 fələstinli saxlanılıb

-- Onlardan 22-si qadın və 80 nəfəri isə azyaşlı uşaqlardır

Ötən ay  sionist İsrail rejim qüvvələri Şərqi Qüdsdə və Qərb sahilində  müxtəlif əməliyyatlar həyata keçirib. 
 
Maide.Az  “Aanadolu” agentliyinə istinadən xəbər verir ki,  Fələstin Məhbusları Araşdırma Mərkəzinin hazırladığı hesabatda bildirilir ki,  əməliyyatlar nəticəsində 450 fələstinli həbs olunub ki, onlardan  22-si qadın və 80 nəfəri isə azyaşlı uşaqlardır. 
 
Hesabatda ən çox həbs olunan Fələstinlilərin Şərqi Qüdsdən (150 nəfər) olduğu bildirilir. 
 
Qeyd edək ki, işğalçı İsrail rejim rəsmiləri saxlanılan 62 Fələstinlinin əleyhinə "inzibati həbs" qərarı çıxarıb və  qeyd edilir ki, rejim qüvvələri tərəfindən Qəzzada yaşayan 5 fələstinli də həbs olunub. 
 
Son məlumata görə, hazırda İsrail rejimi həbsxanalarında təxminən 7 min fələstinli, o cümlədən 57 qadın və 300 uşaq var.
 

Google+ WhatsApp ok.ru