Ötən ay əhali ərzağa nə qədər pul xərcləyib?

Ötən ay əhali ərzağa nə qədər pul xərcləyib?

-- ticarət dövriyyəsinin 1 411,4 mln. manatını ərzaq məhsulları...

Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4% üstələyərək 2 794,6 mln. manata bərabər olub.
 
Maide.Az bildirir ki, Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ticarət dövriyyəsinin 1 411,4 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1 383,2 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri ötən ilin yanvar ayının göstəricilərini real ifadədə müvafiq olaraq 1,7% və 3,0% üstələyib. 
 
Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
 

Məhsul qruplarının adları

Satışdan gəlir, mln. manatla

2017-ci ilin yanvar ayına nisbətən, % ilə

Pərakəndə ticarət dövriyyəsi

2 794,60

102,4

o cümlədən:

ərzaq məhsulları

1 253,4

101,9

içkilər və tütün məmulatları

158

100,6

toxuculuq məhsulları, geyim və ayaqqabılar

486,3

103,1

elektrik malları və mebellər

170,7

102,5

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

20

101,6

əczaçılıq və tibbi mallar

37,6

102

avtomobil yanacağı

161,4

100,9

digər qeyri-ərzaq məhsulları

507,2

103,8

 

 

 

 

 

 

 

 

 

 

 

Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8%-i ərzaq məhsullarının, 5,7%-i içkilər və tütün məmulatlarının 17,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların 6,1%-i elektrik malları və mebellərin 5,8%-i avtomobil yanacağının 1,3%-i əczaçılıq və tibbi malların 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar ayında istehlak məhsullarının 14,0%-i, ticarət müəssisələri 52,9%-i fərdi sahibkarlar tərəfindən 33,1%-i isə bazar və yarmarkalarda satılıb.
 
Keçən ilin eyni ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 19,8%, fərdi sahibkarlar üzrə 0,1% artıb, bazar və yarmarkalar üzrə isə 0,2% azalıb.
 
Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 285,7 manat və ya ötən ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 20,0 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 144,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq məhsulları  alıb.

Google+ WhatsApp ok.ru