Tələbələr Nikki Heylinin çıxışını kəsdi - `Əllərin qana bulaşıb görmürsənmi?` - Vİdeo

Tələbələr Nikki Heylinin çıxışını kəsdi - `Əllərin qana bulaşıb görmürsənmi?` - Vİdeo

-- Soyqırıma qatılmağa davam edirsən

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Hyuston Universitetində çıxış edərkən bir qrup Fələstin tərəfdarları tərəfindən etirazla qarşılanıb.
 
Heyli çıxışına başlar-başlamaz üzərində Fələstin yazısı olan tələbə onun çıxışını kəsərək, "Nikki Heyli, əllərində qan var. Soyqırıma qatılmağa davam edirsən. Terrorçuların və müstəmləkəçilərin cinayət ortağısan", -deyə bildirib. Heyliyə etiraz edən tələbəyə zaldan alqışlarla dəstək verilib, bundan sonra çoxsaylı tələbələr ayağa qalxaraq, "Nikki, Nikki seriya cinayəti işləndiyini görmürsünüzmü? Nikki, Nikki gizlədə bilməzsən soyqırıma imza atdın", - şüarları səsləndiriblər.
 
Fələstinə dəstək verən tələbələr, Facebook-dan da yazılı açıqlama verərək, Heylini Fələstin xalqına qarşı əyani ayrı-seçkilik etmək və dünyadakı haqsızlıqları görməməzlikdən gəlməkdə  tənqid ediblər. Onlar bildiriblər ki, Nikki İsrailin Qəzzadakı soyqırımına qarşı istintaq aparılmasına mane olur və özünü İsrail əleyhinə səsləri susdurmağa həsr edib.
 
Qeyd edək ki, ABŞ-ın BMT təmsilçisi Nikki Heyli BMT Təhlükəsizlik Şurasında, Qəzzadakı etirazlarda İsrailin özünü müdafiə etdiyini və maksimum təmkin göstərdiyini iddia etmişdi.
 
Qeyd edək ki, ABŞ-ın İsrail səfirliyini Qüdsdə açmasına və İsrailin Fələstini işğal etməsinin 70 illiyinə etiraz olaraq fələstinlilərin Qəzza sərhədində keçirdikləri nümayişlər zamanı İsrail tərəfindən azı 60 fələstinli öldürülmüş, 3 mindən çoxu yaralanmışdı. (islaminsesi)
 

Google+ WhatsApp ok.ru