Təmizlənməyən kondisionerlər xəstəliyə səbəb olur

Təmizlənməyən kondisionerlər xəstəliyə səbəb olur

-- legioner xəstəliyi, sətəlcəm kimi ciddi üst tənəffüs yolu problemlərinə...

 Təmizlənməyən kondisioner legioner xəstəliyi, sətəlcəm kimi ciddi üst tənəffüs yolu problemlərinə yol aça bilər. Bu səbəblə mütəxəssislər mütləq periodik olaraq kondisioner təmizlənməsinin zəruriliyini vurğulayırlar.
 
İsti havalarda otaq istiliyini salaraq rahat bir mühit yaratmaq üçün istifadə edilən kondisionerlər eyni zamanda hava yolu ilə yoluxan mikroorqanizmlərin mənbəyi ola bilər.
 
Kondisionerlə yoluxan və kondisioner xəstəliyi olaraq tanınan legioner xəstəliyinin sətəlcəm kimi ciddi üst tənəffüs yolu problemlərinə yol aça bildiyini ifadə edən mütəxəssislər dedilər:
 
"Evlərdə olan kondisionerlərin əgər gigiyenası və təmizliyi yaxşı edilməzsə 'lejyonella' adı verilən bir bakteriya törəyir. Axar su, çay, göl, sauna, hamam, fəvvarə, hovuz, duş başlığı kimi sulu və nəmli mühitlərdə ya da kondisionerlərdə törəyən bu bakteriya, tənəffüs yolu ilə yoluxa bilər. Hər gün qarşılaşılan bu bakteriya, immun sistemi güclü olmayan şəxslərdə ilk olaraq üst tənəffüs yolu xəstəliyi olaraq özünü göstərir, müalicə edilmədiyində də, ağciyərdə yerləşərək sətəlcəmə səbəb ola bilər".(deyerler.org)
 

Google+ WhatsApp ok.ru