Tədqiqat: dindar ateistdən çox yaşayır

Tədqiqat: dindar ateistdən çox yaşayır

-- Amerikalı alimlər dini etiqadla ömür uzunluğu arasında əlaqəni araşdırıb

ABŞ-ın Ohayo Universitetinin alimləri dini etiqadla ömür uzunluğu arasında əlaqəni üzə çıxarıblar.
 
Maide.Az "Novator.az"-a istinadən xəbər verir ki, tədqiqat göstərib ki, müntəzəm olaraq kilsəyə gedən insanlar ateistlərdən orta hesabla 4 il çox yaşayır.
 
Ekspertlər bunu inanclı insanların sosial işlərə daha sıx qatılmaları, könüllü qismində çıxış etmələri və bu səbəbdən stressdən müəyyən qədər uzaq olmaları ilə izah edirlər.
 
Dindarların siqaretdən və spirtli içkidən az istifadə etməsi də ömür uzunluğunun əsas faktorlarından biri kimi göstərilib.
 
Alimlər araşdırmalarında iki tədqiqatın nəticələrini nəzərə alıblar. Birinci tədqiqatda 2012-ci il üçün 505 nekroloqun statistikasından istifadə olunub. Statistika dindar insanların ateistlərə nisbətən 9-10 il çox yaşadığını göstərib. Amma insanın cinsi və ailə statusu nəzərə alındıqda bu göstərici 6-7 ilə enib.
 
Ekspertlər ikinci tədqiqatda ABŞ-ın 42 şəhərində dərc olunan nekroloqları nəzərdən keçiriblər. Bu zaman da eyni vəziyyət üzə çıxıb: bütün faktorlar nəzərə alınmaqla dindar insanların ateistlərlə müqayisədə 4 ilə qədər çox yaşadığı məlum olub.
 

Google+ WhatsApp ok.ru