Tərtər işıqsız və susuz qalıb: Çörək limitlə satılır

Tərtər işıqsız və susuz qalıb: Çörək limitlə satılır

Rəsmilər ötən gün ölkənin elektrik enerjisi sistemində baş verən qəzanın nəticələrinin aradan qaldırıldığını desə də, respublikanın bir çox şəhər və rayonları hələ də zülmət içərisindədir.
 
Maide.Az bildirir ki, Tərtər rayon sakinərinin Modern.az-a verdiyi məlumata görə, Bərdə, Ağdam və digər ətraf rayonlara fasilə ilə elektrik enerjisi verilsə də, dünən gecədən bəri Tərtərdə işıqlar yanmır.
 
Sakinlərin məlumatına görə, elektrik enerjisinin kəsilməsindən sonra rayondakı su anbarı tamamilə boşalıb, nəticədə bütün rayon susuz qalıb.
 
Bu saatlarda Bərdə rayonundan Məhəmməd adlı bir sahibkar öz vəsaiti hesabına 300 litr yanacaq alaraq, içməli su artezianını generatorla işə salıb.
 
Hazırda sakinlər növbə ilə sudan istifadə etməyə başlayıb.
 
Eyni zamanda, rayonda çörək qıtlığı var. Çörək hər bir şəxsə limitlə satılır.
 

Google+ WhatsApp ok.ru