Ötən gün metroda halı pisləşən 19 nəfər təcili tibbi yardıma müraciət edib

Ötən gün metroda halı pisləşən 19 nəfər təcili tibbi yardıma müraciət edib

-- Ötən gün ümumilikdı 2 133 müraciət daxil olub

“Ötən gün axşam saatlarında işıqların sönməsi ilə bağlı metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib”.
 
Maide.Az bildirir ki, bu barədə Bizimyol.info-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfaya Əhmədova deyib.
 
Onun sözlərinə görə, onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib.
 
Nazirlik rəsmisi qeyd edib ki, ötən gün ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdı 2 133 müraciət daxil olub:
 
“Müraciətlərin 62-si günvurma ilə bağlı olub. Həmin şəxslərdən 46-sı hospitalizasiya olunub. Müraciətlər arasında həyatı təhlükədə olan yoxdur. Çağırışlar arasında heç bir ölüm faktı qeydə alınmayıb”.
 

Google+ WhatsApp ok.ru