Təbii nəsil artımı niyə azalır?

Təbii nəsil artımı niyə azalır?

"Azadlıq.info" saytında "Azərbaycanda ümumi nəsilvermə əmsalı pisləşib" sərlövhəli məqalə diqqət çəkir.
 
Sayt Azərbaycanda nəsilvermə əmslının azalması və bunun səbəbləri barədə tanınmış iqtisadçı-ekspert Qubad İbadoğlunun düşüncələrinə yer verib.
 
Ekspert rəsmi statistik rəqəmlərə istinadən bildirir ki, 1989-cu il ilə müqayisədə Azərbaycan əhalisi 40 faiz artıb, Gürcüstan əhaisində bu artım 31 faiz olub, Ermənistanda isə 9,12 faiz azalıb.
 
Amma ekspert 2011-ci ildən etibarən Azərbaycan üçün nəsilartırma sahəsində narahatlıq yaradan tendensiya ortaya çıxdığını bildirir və yenə də rəsmi statistikaya istinadən son 7 ildə nəsilvermə əmsalının azalmasını illər üzrə təqdim edir.
 
Q.İbadoğlu deyir ki, 2011-ci ildə əhalinin təbii artımı 122310 nəfər, 2012-ci ildə 119452 nəfər, 2013-cü ildə isə 118288 nəfər azalıb.
 
Ekspertin araşdırmasına görə əhalinin təbii nəsil artımının azalması sonrakı illərdə də davam edib, belə ki, 2014-cü ildə bu azalma 114855 nəfər, 2015-ci ildə 111513 nəfər, 2016-cı ildə 102816 nəfər, 2017-ci ildə isə 86932 nəfər olub.
 
"Azərbaycanda ümumi nəsilvermə (fertillik) əmsalı isə təqdim olunan dövrdə 2,4-dən 1,9-a düşüb. Fertillik ümumi nəsilvermə əmsalı olmaqla reproduktiv dövr (15-49 yaşlı) ərzində bir qadının orta hesabla neçə uşaq dünyaya gətirməsini göstərir. Bu isə o deməkdir ki, bu templə davam edərsə bir neçə yaxın 10 ildə Azərbaycanda əhali artımı olmayacaq".
 
Q.İbadoğlu deyir ki, bu ilin əvvəlindən ölkə əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 950 min 512 nəfərə çatıb.
 
Ekspert hesab edir ki, bu artım tempilə Azərbaycan əhalinin sayı 10 milyonluq həddinə ancaq 2019-cu ilin ortalarında çata bilər.
 
Q. İbadoğlu bunu da vurğulayır ki, 2017-ci ildə əahlinin təbii artım tempi 0,9 faiz olduğu halda bu ilin 9 ayında bu göstərici 0,5 faizə enib.
 
Ölkə əhalisinin təbii artımındakı enişin səbəblərinə gəlincə ekspert buna bir neçə səbəb göstərir,
 
Ekspertə görə, 2015-ci ildən başlayaraq ölənlərin sayının artması ilk səbəb sırasındadır.
 
Ölkədə yaşam şərtlərinin ağırlaşması da təbii nəsil artımının azalmasına təsir edən səbəblərdən biridir.
 
Q.İbadoğluna görə, haqqında bəhs olunan göstəricinin azalmasına daha bir səbəb isə xaricə miqrasiyanın çoxalmasıdır./contact.az/
 

Google+ WhatsApp ok.ru