Ötən 10 ay ərzində 106 jurnalist öldürülüb - HESABAT

Ötən 10 ay ərzində 106 jurnalist öldürülüb - HESABAT

BMT yanında məşvərətçi statuslu “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı 2018-ci ilin jurnalist ölümləri hesabatını yayıb.
 
Maide.Az “RT Arabic”ə istinadla xəbər verir ki,   təşkilatın hesabatında bildirilir ki,  2018-ci ildə jurnalistlərə qarşı  cinayətlərin sayı artıb və ötən 10 ay ərzində  peşə borcunu yerinə yetirən zaman öldürülən jurnalistlərin sayı 106 nəfər təşkil edir. 
 
Əfqanıstanda  17, Mekzikada 15  və Yəməndə 8 jurnalist öldürülüb. Bu ölkələr mətbuat işçiləri üçün ən təhlükəli ölkələr hesab olunur. 
 
Qeyd edək ki, “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatının ötən ilki hesabatında bildirilir ki, 2017-ci ildə 28 ölkədə 97 jurnalist həlak olub. “Sərhədsiz reportyorlar” beynəlxalq media təşkilatı isə 2017-ci il üçün bu rəqəmin 65  olduğunu açıqlamışdı. 
 

Google+ WhatsApp ok.ru