Təl-Əvivdə nümayişçilər Netanyahunu istefaya çağırdı - Foto

Təl-Əvivdə nümayişçilər Netanyahunu istefaya çağırdı - Foto

İşğal olunmuş Fələstin ərazisində Qəzza ətrafındakı Yəhudi yaşayış məntəqələrindən gələn təxminən 400 etirazçı Təl-Əvivin mərkəzindəki əsas yollardan birini nəqliyyata bağlayaraq, regionlarında təhlükəsizliyin təmin olunmaması səbəbiylə işğalçı İsrail rejim Baş naziri Benyamin Netanyahu əleyhinə aksiya keçirib.

Regionlarında təhlükəsizliyin hər keçən gün pisləşdiyini bildirən nümayişçilər tez-tez "Bibi (Netanyahu) evinə dön, sənə ehtiyacımız yoxdur", "Bibi istefa, cənub yanır" kimi şüarlar səsləndirərək, Baş naziri hədəfə alıb.

İsrailin cənubunda Qəzzaya yaxın ərazilərdə yəhudi yaşayış məntəqələrində təhlükəsizliyin təmin olunmasında Netanyahu hökumətinin yetərsiz qaldığını qeyd edən nümayişçilər "Cənub daha artıq səssiz qalmayacaq" yazılı plakatlar açıb.

Son yaşanan gərginlikdən sonra fələstinli qruplar ilə İsrail arasında əldə olunan atəşkəsi də tənqid edən nümayişçilər Netanyahunu istefaya çağırıb. Polis ilə nümayişçilər arasında gərginliyin də yaşandığı etiraz səbəbilə Təl-Əviv şəhərinin mərkəzindəki bəzi yollarda nəqliyyat sıxlığı yaranıb. /eastnews.org/

Google+ WhatsApp ok.ru