Təbrizdə 700 illik tarixi olan məscidin açılışı olub

Təbrizdə 700 illik tarixi olan məscidin açılışı olub

Ötən gün  Təbriz bazarında yerləşən və 700 illik tarixi olan  “Sadiqiyyə” dini elmi hövzəsinin məscidi təmirdən sonra yenidən istifadəyə verilib. 
 
Maide.Az  İran KİV-lərinə istinadla xəbər verir ki, dağıntılara məruz qalan qədim məscid 30 il istifadəsiz olub. İlxanilər dövrünə aid olan bu məsciddə 2012-ci ildən təmir və bərpa işləri aparılıb.
 
“Sadiqiyyə” məscidinin əsas binası İlxanilər dövrünə aiddir.  Səfəvilər və Qacarlar dövründə  məsciddə bərpa işləri aparılsada, son dövrlər məscdin tavan və bəzi divarları dağılmışdı. Buna görə 2012-ci ildən məsciddə əsaslı təmir işləri başlanmış və  məscid öz tarixi görkəmini qoruyaraq təmir olunmuşdur. 
 

Google+ WhatsApp ok.ru