Təkərli hotel

Təkərli hotel


Bu avtonom vasitə, tətildə getmək istədiyiniz yerə gedərkən də tətil etməyi təmin edir.

Tətilə çıxmaq və tətildən qayıtmaq mövzusunda bir çox insan tətil səfərindən şikayətçidir. Saatlarla yol getmək və tək bir yerə sıxışıb qalmaq da heç kimin xoşuna gəlmir.

Stiv Li tərəfindən yaradılan bu anlayış isə, problemin həlli üçün yeni bir yanaşma təqdim edir. Texniki olaraq bir avtonom karvan olan bu nəqliyyat vasitəsi, sizi tətil üçün seçdiyiniz yerə özü aparır. Bu nəqliyyat vasitəsi yol gedərkən, siz içəridə dincələ bilir, bir şeylər bişirə bilir, işlərinizi həll edə bilir ya da bir şeylər izləyə bilirsiniz.

Bu nəqliyyat vasitəsi hal-hazırda istehsal edilmir. Təbii ki, gələcəkdə istifadə ediləcək texnologiyalar üçün çıxarılan bir yanaşma halında olması isə, istehsal edilməyəcək mənasını vermir. Stiv Liyə görə gələcəkdə avtonom nəqliyyat vasitələri yayıldığında, bu tip vasitələr də olduqca məşhurlaşacaq. 10 saatlıq məsafədəki hər hansı bir yerə getmək istədiyinizdə, bu hotellərdən birini çağıran müştərilər, səfəri də tətilin bir parçası halına gətirə biləcək. Stiv Li bu anda avtonom vasitə istehsalçıları ilə fikir mübadiləsi edir və hotelləri necə enerji ilə təmin edə biləcəyinin bir yolunu tapmağa çalışır.

Google+ WhatsApp ok.ru