Ötən ilin yol qəzaları ilə bağlı statistika açıqlandı 30 Yanvar 2019 15:17 Hadisə 2018-ci il ərzində Bakıda 619 yol nəqliyyat hadisəsi baş verib. Maide.Az xəbər verir ki, bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb. Bölmə rəisi bildirib ki, ötən illə müqayisədə 5 ölüm fərqi artıb ki, bu da piyadaların vurulması ilə bağlıdır. Bölmə rəisi bildirib ki, piyadaların vurulması ümumi hadisələrin 62 faizini təşkil edir. Onun sözlərinə görə, yol nəqliyyat hadisələrinin digər səbəbləri sürət həddinin aşılması, qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxmaq, ötmə, manevretmə qaydalarının pozulması, yol ayrıcının keçmə qaydalarının pozulması olub. Teqlər : #Ötən,#ilin,#yol,#qəzaları,#ilə,#bağlı,#statistika,#açıqlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Masazırı su basdı Ötən il Bakıda avtobusların iştirakı ilə 44 qəza olub - 23 nəfər ölüb