Ötən ay Fələstin əhalisinə qarşı törədilmiş hücumların sayı açıqlanıb (HESABAT)

Ötən ay Fələstin əhalisinə qarşı törədilmiş hücumların sayı açıqlanıb (HESABAT)

İsrail-Fələstin araşdırmaları üzrə "Əl-Qüds" mərkəzinin hazırladığı hesabata əsasən təkcə mart ayı ərzində işğalçı İsrail əsgərləri və yəhudi miqrantlar tərəfindən İordan çayının qərb sahilində fələstinlilərə qarşı 505 zorakılıq faktı qeydə alınıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu zorakılıqlar nəzarət keçid postlarında hücumlar, hərbi barrikadalar qurulması, yolların və kəndlərə girişlərin bağlanması, binaların sökülməsi, torpaq sahələrinin və pul vəsaitlərinin oğurlanması və digər kateqoriyalardan olan pozuntulardan ibarətdir.
 
Hesabata əsasən İsrailin quraşdırdığı nəzarət keçid postları əsil zorakılıq məkanlarına çevrilib, belə ki, hər gün sutka boyunca buradan keçməli olan fələstinlilər İsrail əsgərləri tərəfindən hücumlara və zorakılıqlara məruz qalırlar.
 
Sənəddə vurğulanıb ki, yəhudi hərbçilər arasında radikal dini təbiğatın gücləndirilməsi onların Fələstin əhalisinə qarşı törətdikləri hücumları dini vəzifə kimi görmələrinə səbəb olub. Belə ki, fanatik israillilər rastlarına çıxan hər hansı fələstinli müsəlmanı döyməyin, hətta öldürməyin onları Tanrıya daha da yaxınlaşdıracağına inanırlar. Bu da son dövrlər dinc əhaliyə qarşı zorakılıqların artmasına təkan verib.
 
Hesabatda o da qeyd olunur ki, Fələstinin şəhər və kəndləri artıq üstüaçıq həbsxanaya bənzəməyə başlayıb. Bəzi şəhər və kəndlərin cəmi bir giriş-çıxışı var. Bu da işğalçılar üçün həmin məntəqələri blokadaya almaq və izolə etməyi xeyli asanlaşdırır.
 
Bildirək ki, bugünə qədər İordan çayının qərb sahili boyunca qanunsuz salınmış 250 yəhudi qəsəbəsində 448 min miqrant məskunlaşdırılıb.
 

Google+ WhatsApp ok.ru