Ötən il ərzində doğulanlar və ölənlərin sayı açıqlandı

Ötən il ərzində doğulanlar və ölənlərin sayı açıqlandı

"Ötən il ərzində ölkədə 138 min 982 körpə doğulub. Doğum üzrə əmsal isə 14.2 olub. 2018-ci il ərzində 57 min 250 nəfər dünyasını dəyişib. Ölüm üzrə əmsal isə 5.8 olub".
 
 Maide.Az bildirir ki, məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov verib
 
E.Səfərovun sözlərinə görə, ölümlər üzrə əmsal 5.9-dan 5.8-ə düşüb: "Doğumlar üzrə əmsal ötən il olduğu kimi bağlanan nikahların sayına görə 14.2 əmsalında qalıb. Lakin öncəki ilin statistikası ilə müqayisədə doğumla bağlı ümumi rəqəmlərdə 3 minədək azalma qeydə alınıb".
 
 

Google+ WhatsApp ok.ru