Təcrübə zamanı güclü mutant viruslar yaradılıb

Təcrübə zamanı güclü mutant viruslar yaradılıb

Kanada, Belşika və İsveçrədən olan bir qrup alim, kənd təsərüfatında vuruslara qarşı dayanıqlı olan bitkilərin yetişdirilməsində istifadə olunan, reaktiv genlərin təhlükəli olmasını bildirir.
 
Maide.Az "Deyerler.org"a istinadən  xəbər verir ki, laboratoriya şəraitində yaradılan genetik olaraq modifikasiyası dəyişdirilmiş manyok bitkisi mutant virusların yaranmasına səbəb olaraq məhsulun xarab olmasına gətirib çıxarmışdır.
 
Tədqiqat zamanı bioloqlar manyok bitkisində sünü immunitetin əmələ gəlməsi üçün “CRISPR-Cas9” sistemindən istifadə etmişdir. Eksperimental nəticələr göstərmişdir ki, bu texnologiya istixana şəraitində yoluxucu bir maddəyə təsir göstərə bilmir. “CRISPR-Cas9” sisteminə məruz qalmış virusların 33-48%-də mutasiya baş verir. Manyok Cənubi Amerika, Afrika və Asiyada yetişən və yeyilən yumru köklü tropik bitkidir. O, milyardlarla insanın əsas korbohidrat mənbəyidir. Burada biotexnologiya ərzaq probleminin həlli üçün perspektivli bir istiqamət sayılır.
 

Google+ WhatsApp ok.ru