Təzə alçaları uşaqlara vermək olarmı? - HƏKİM MƏSLƏHƏTİ

Təzə alçaları uşaqlara vermək olarmı? - HƏKİM MƏSLƏHƏTİ

Yay ayı gələr-gəlməz artıq bazar və marketlərdə alçaların satışı başlayır. Söhbət istixanalarda yetişdirilən alçalardan gedir.
 
Həkimlərin qənaətinə görə, istixanada yetişdirilən bu giləmeyvələr uşaqlar üçün son dərəcə ziyanlıdır.
 
Əgər uşaqda allergiya xəstəliyi varsa, bunun daha da təhlükəli olduğunu bildirirlər.
 
Mövzu ilə bağlı pediatr Sara Mansurova ilə əlaqə saxladıq.
 
Lent.az-a açıqlama verən S.Mansurova bildirdi ki, əsasən xaricdən gələn alçaları uşaqlara vermək məsləhət deyil.
 
“Başqa ölkələrdən gətirilən nəinki alçaları, eləcə də digər meyvə və tərəvəzləri uşaqlara vermək düzgün deyil. Fikir vermisinizsə, həmin məhsullar gec xarab olurlar. Sirr deyil ki, süni yolla yetişdirilmiş bu meyvə-tərəvəzlər xərçəng xəstəliyinə, sonsuzluğa və s. gətirib çıxarır. Yerli alçalar ziyan deyil, amma az miqdarda olar. Ancaq daha yaxşı olar ki, təzə yetişmiş alça kiçik yaşda olan uşaqlara verilməsin. Alçada olan turşuluq mədədə turşuluğun miqdarını artırır, selikli qişanın eroziyasına, funksiyasının pozulmasına səbəb olur. Və uşaqlarda qusmaya, bağırsaq işləməsinə səbəb olur. Hətta alergik nəticələr verməsi də istisna deyil”.

Google+ WhatsApp ok.ru