Təhsil naziri dərs ilinin mayın 31-də bitməsi müzakirəsinə CAVAB VERDİ

Təhsil naziri dərs ilinin mayın 31-də bitməsi müzakirəsinə CAVAB VERDİ

Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə dərs proqramlarının vaxtından əvvəl bitməsi səbəbindən tədrisin mayın 31-də başa çatması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
 
  C.Bayramov deyib ki, bu məsələ ilə bağlı Təhsil Nazirliyinin rəsmi möqeyi dəfələrlə açıqlanıb.
 
O əlavə edib ki, 2015-ci ildən etibarən Nazirlər Kabinetinin müvafiq qərarı ilə tədris ili sentyabrın 15-i başlayır və iyun ayının 14-də bitir.
 
Nazirin sözlərinə görə, artıq yeni hazırlanan dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üçün hesablanır: "Bu illər ərzində yenilənməmiş dərsliklərlə bağlı Təhsil İnstitutu tərəfindən metodik tövsiyələr hazırlanaraq yerlərə göndərilib ki, mövcud dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üzrə təşkil oluna bilsin. Onu da qeyd edim ki, dərs ilinin müddətinin dəyişdirilməsi ilə bağlı qərar verilərkən orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb".
 
C.Bayramov qeyd edib ki, sentyabrın ayının ilk iki həftəsi ilə iyun ayının ilk iki həftəsinin orta aylıq temperaturları arasında fərq yoxdur. Orta aylıq temperatur hesablanarkən isə son 10 ilin göstəriciləri nəzərə alınıb: "Qərar verilərkən nəzərə alınan digər göstərici havanın rütubətli ilə bağlı olub. Havada rütubət nə qədər çox olarsa, isti havanı keçirmək bir o qədər çətin olur. Sentyabrın ayının əvvəlində olan rütubət göstəricisi iyun ayının əvvəlində olan göstəricidən yüksəkdir".
 

Google+ WhatsApp ok.ru