Ötən ay 2800 yəhudi Əqsa məscidinə basqın edib

Ötən ay 2800 yəhudi Əqsa məscidinə basqın edib

Fələstin Araşdırma Mərkəzinin açıqladığı məlumatlara görə, iyun ayında 2800 yəhudi miqrant Əqsa məscidinə basqın təşkil edib.
 
Maide.Az "Felestin.info"-ya istinadla xəbər verir ki, mərkəz iyun ayında Əqsaya təşkil olunan hücumlara qatılan yəhudilərin sayının daha əvvəl görülməmiş şəkildə artdığına diqqət çəkib.
 
Ötən ay 2550 yəhudinin Əqsaya basqın təşkil etdiyini bildirən Fələstin Araşdırma Mərkəzi basqınlara qondarma heykəl tələbələrindən də 250 nəfərin qatıldığını bildirib.
 
Fələstin Araşdırma Mərkəzi keçən ay Əqsaya basqın edənlər arasında fanatik yəhudi ravvin və deputat Yehuda Qlikin də olduğunu və Qlikin Şərqi Qüdsün işğalının ildönümü münasibətilə Əqsaya basqın etdiyini qeyd edib.
 
Keçən ay işğalçı qüvvələrin Ramazan münasibətilə Əqsadakı fələstinliləri zorla bayıra çıxardığına diqqət çəkən Fələstin Araşdırma Mərkəzi basqında iştirak edən yəhudilərin sayının İsrail rəhbərliyinin planlarının göstəricisi olduğunu bildirib.
 
Açıqlamada Əsrin müqaviləsi planının işğalçıların Əqsanı parçalamaq arzusunu alovlandırdığı qeyd edilib.
 
Fələstin Araşdırma Mərkəzi işğalçı qüvvələrin Əqsanı müəyyən dövrlərdə bağlayaraq və müəyyən saatlarda da yəhudilərin basqınlarına açaraq, zaman və məkan baxımından parçalanmasına zəmin hazırladığını bildirib.
 
Əqsanı yəhudilər və müsəlmanlar arasında zaman və məkan baxımından iki hissəyə parçalamaq planları quran İsrail rəhbərliyi bu planlarını həyata keçirə biləcəyi zəmin hazırlamaları üçün yəhudiləri Əqsaya basqın təşkil etməyə təşviq edir.
 
İşğalçı qüvvələrin himayəsində Əqsaya girən yəhudilər bir müddət həyətdə gəzəndən sonra əs-Silsilə qapısından çıxır.
 
İşğalçı rejim polisi yəhudilərin Əqsaya basqın təşkil etməsinə günortadan əvvəl və sonra olmaq üzrə iki ayrı zaman kəsiyində icazə verir, yəhudilər basqınlar üçün daha çox camaatın az olduğu səhər saatlarına üstünlük verir.
 

Google+ WhatsApp ok.ru